Xəzər Xəbər

Bakıda ana və qızının qətli ilə bağlı YENİ XƏBƏR: kamera görüntüləri...

Hadisə | 11:04 • 18 Dekabr 2019
Bakıda ana və qızının qətli ilə bağlı

Dekabrın 13-də paytaxtın Bakıxanov qəsəbəsində yaşadıqları evdə qətlə yetirilən ana və qızla bağlı kamera görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, öldürülən ana və qızın kirayə yaşadığı Bakıxanov qəsəbəsindəki Akkordun "Uğur-2” kompleksinin binalarında olan müşahidə kameralarının görünütləri incələnib.

Məlum olub ki, 1968-ci il təvəllüdlü Fatma Həmzəyevanın qətli törətməkdə şübhəli bilinən oğlu evə səhər saatlarında gəlib və bu vaxt evdə anası tək olub. Əvvəlcə anasını öldürüb və bacısı, 1994-cü il təvəllüdlü Elgün Niftizadənin işdən gəlməsini gözləyib. Gecə təxminən 00:07 radələrində işdən evə gələn E.Niftizadə də qətlə yetirilib. Müşahidə kameralarından aydın olur ki, E.Niftizadə evə girdikdən bir neçə dəqiqə sonra qardaşı əlində bıçaqla evi tərk edib.

Məlumta görə, öldürülən ana və qızın yaxınları olmadığı üçün onların meyitlərinə sahib çıxan yoxdur.

Xatırladaq ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti