Xəzər Xəbər

Bakıda iki avtomobil yandı

Hadisə | 10:16 • 18 Dekabr 2019
Bakıda iki avtomobil yandı

Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin ön hissəsi qarsalanıb və ümumi sahəsi 400 m² olan tikilinin plastikdən ibarət giriş qapısı əriyib.

Tikilinin və hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti