Xəzər Xəbər

Bakıda bədbəxt hadisə 9 yaşlı uşağın qarnına oxlov batdı

Hadisə | 09:49 • 16 Dekabr 2019
Bakıda bədbəxt hadisə

Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb.

"Report" xəbər verir ki, 2010-cu il təvəllüdlü Məlikov Əli Elçin oğlu evdə oynayarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun qarnına oxlov batıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun qarın boşluğunda deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti