Xəzər Xəbər

Bakıda və Gəncədə 2 kafe yandı

Hadisə | 10:14 • 15 Dekabr 2019
Bakıda və Gəncədə 2 kafe yandı

Ötən gecə Gəncə şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisə ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda da qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti