Xəzər Xəbər

Bakıda AİLƏ DRAMI Kirayədə yaşayan gənc ər-arvadın meyiti tapıldı

Hadisə | 14:28 • 13 Dekabr 2019
Bakıda AİLƏ DRAMI

Bakıda evdən gənc ər-arvadın meyiti tapılıb.

Hadisə dekabrın 11-dən 12-nə keçən gecə baş verib.

Binəqədi rayonu, 1-ci mədən yaşayış massivində kirayə yaşayan 1992-ci il təvəllüdlü Qəhrəmanlı Səddam Hüseyn oğlu və onun 20 yaşlı həyat yoldaşı Ramilə Mustafayeva hamam otağında dəm qazından boğulub.

Hər iki şəxsin meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./publika.az

Xəbər lenti