Xəzər Xəbər

Yanğın baş verən əraziyə 4 təcili yardım briqadası yollanıb

Hadisə | 09:38 • 10 Dekabr 2019
Yanğın baş verən əraziyə 4 təcili yardım briqadası yollanıb

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub:

"Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".

Xəbər lenti