Lənkəran şəhərinin Səpnəkəran kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.