Xəzər Xəbər

Yol polisi Bakıda piyadaların vurulması faktı ilə bağlı məlumat yayıb

Hadisə | 15:42 • 5 Dekabr 2019
Yol polisi Bakıda piyadaların vurulması faktı ilə bağlı məlumat yayıb

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda piyadaların vurulması faktı ilə bağlı məlumat yayıb.


Baş İdarədən xezerxeber.az-a verilən məlumatda qedy olunur ki, dekabrın 5-də saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində "Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə, 1995-ci il təvəllüdlü Samir Əliyev hadisə yerində dünyasını dəyişib, digər piyada - 1993-cü il təvəllüdlü Sabit Vəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Məlumatda həmçinin qeyd olunur ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri səbəb olub: "Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb. Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır”.

Xəbər lenti