Xəzər Xəbər

Bakıda maşın iki piyadanı vurub, ölən var

Hadisə | 15:24 • 5 Dekabr 2019
Bakıda maşın iki piyadanı vurub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətdən xezerxeber.az-a verilən məlumata görə, gecə saat 01 radələrində paytaxtın Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini E.Cəbiyevin idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən 2 nəfəri vurub və onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.


Piyadalardan Əlyar Süleymanov xəstəxanada ölüb.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti