Xəzər Xəbər

On səkkiz vətəndaşa qarşı dələduzluq edən şəxslər yaxalanıblar

Hadisə | 15:12 • 5 Dekabr 2019
On səkkiz vətəndaşa qarşı dələduzluq edən şəxslər yaxalanıblar

On səkkiz nəfərə qarşı dələduzluq edən dörd nəfər tutulub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti