Xəzər Xəbər

Azyaşlıya qarşı soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO

Hadisə | 14:20 • 5 Dekabr 2019
Azyaşlıya qarşı soyğunçuluq edən şəxslər saxlanılıb -

Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini azyaşlı oğluna qarşı 2 nəfər naməlum şəxs tərəfindən bıçaqla zor tətbiq edilməklə onun mobil telefonunu alıb soyğunçuluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən həmin hadisəni törədən şəxslərin müəyyən olunması məqsədilə dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat tədbirləri ilə azyaşlıya qarşı soyğunçuluq edən şəxslərin Mingəçevir şəhər sakini 20 yaşlı Azər Salahov və Gəncə şəhər sakini 21 yaşlı Samir İsgəndərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı məlum olub ki, S.İsgəndərov "Instagram” sosial şəbəkəsində tanış olduğu dostu A.Salahovun Mingəçevir şəhərində yaşadığı evə qonaq gəlib. Daha sonra Gəncəyə qayıtmaq üçün yol pulu tapmayan dostlar çirkin əmələ əl atıblar. Zəng eləmək üçün azyaşlıdan mobil telefon istəyən həmin şəxslər daha sonra bıçaqla ona hədə-qorxu gələrək telefonu qaytarmayacaqlarını bildirib, qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Saxlanılan şəxslərdən hadisə zamanı istifadə etdikləri bıçaq və mobil telefon satdıqları yerdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Xəbər lenti