Xəzər Xəbər

Bakıda 5 ev qarət edildi

Hadisə | 12:19 • 5 Dekabr 2019
Bakıda 5 ev qarət edildi

Bakının Xəzər rayonunda oğurluq olub.

XəzərXəbər xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə rayon ətazisində 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla noyabrın 12-dən 29-dək olan müddətdə Binə qəsəbəsi ərazisindəki həmin evlərdən ümumilikdə 1850 manat pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Rövşən İbrahimovun əvvəllər də oğurluğa görə məhkum olunduğu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti