Xəzər Xəbər

Bakıda daha bir universitet tələbəsi faciəvi şəkildə öldü

Hadisə | 10:52 • 5 Dekabr 2019
Bakıda daha bir universitet tələbəsi

Dekabrın 4-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə Dadaşov Nurlan Akif oğlunun dəm qazından boğularaq ölüb.

XəzərXəbər xəbər verir ki, həmin ünvanda kirayə yaşayan Nurlan tələbə olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kursunda təhsil alırmış.

Nurlan Dadaşod dünən doğulduğu Ağsu şəhərində dəfn edilib.

Qeyd edək ki, faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti