Xəzər Xəbər

Nobel prospektində daha bir qəza

Hadisə | 10:04 • 4 Dekabr 2019
Nobel prospektində daha bir qəza

Səhər saatlarında Bakıda daha bir yol qəzası baş verib.

Hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan "Opel" markalı avtomobilə çırpılıb. Xoşbəxtlikdən "Opel"də olan azyaşlı uşağa xəsarət dəyməyib. Lakin hər iki avtomobilə ciddi ziyan dəyib.

Baş verən yol qəzası zamanı Nobel prospektində tıxac yaranıb.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(Trend)

Xəbər lenti