Xəzər Xəbər

Bakıda külək 8 ağacı aşırdı - İki avtomobilə...

Hadisə | 14:15 • 3 Dekabr 2019
Bakıda külək 8 ağacı aşırdı - İki avtomobilə...

Bakıda gecə saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, güclü külək əsasən Yasamal və Səbail rayonlarında müşahidə olunub:

"Ötən gün axşam saatlarından başlayan külək şəhərin bəzi yerlərində fəsadlar törədib. Güclü külək Yasamal və Səbaildə təsirsiz ötüşməyib. Nəticədə 8 ağac aşıb, bir çoxunun budaqları qırılıb və 2 avtomobilə ziyan dəyib".

O.Məmmədov bildirib ki, qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Hazırda da işçilər tərəfindən şəhərin bir çox yerlərində aqrotexniki işlər aparılır".

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar