Xəzər Xəbər

DİN əməliyyat keçirdi: 35 nəfər saxlanıldı

Hadisə | 12:06 • 3 Dekabr 2019
DİN əməliyyat keçirdi: 35 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.

XəzərXəbər xəbər verir ki, dekabrın 2-də törədilən 20 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Xəbər lenti