Xəzər Xəbər

Qoyunların müəmmalı qətlini büdpərəst polislər araşdıracaqlar

Hadisə | 17:29 • 1 Dekabr 2019
Qoyunların müəmmalı qətlini büdpərəst polislər araşdıracaqlar

Böyük Britaniya Büdpərəst Polislər Assosiasiyası İngiltərənin cənubunda yerləşən Gempşir qraflığının Bramşou kəndində heyvanların müəmmalı şəkildə öldürülməsi ilə bağlı araşdırmalara başlayıb.

"Mirror” nəşri bildirir ki, heyvanların öldürülməsi ritual xarakterdaşıyır. Bundan əlavə, yerli kilsənin binasının üzərində naməlum şəxslər tərəfindən "666" ədədi yazılıb.

Cinayətin araşdırılmasına büdprəst polislər öldürülmüş qoyun və inəklərin cəsədlərində pentaqramlar və çevrilmiş xaçlar çəkildikdən sonra cəlb edilib.

Yerli sakinlər hesab edirlər ki, "şeytani qətllər” fermerlərdən biri tərəfindən törədilə bilər. Yerli kilsə vikarisi (yepiskop müavini – red.) bu ritual xarakterli cinayətlərin yenə törədiləcəyini ehtimal edib. Onun sözlərinə görə, kəndin yerləşdiyi Nyu-Forest rayonu qədim zamanlardan bəri qaranlıq qüvvələrlə bağlı cadugərləri ilə tanınırdı.

Assosiasiya rəhbərinin fikrincə, bu cinayətin arxasında ya yeniyetmələr, ya da ruhi cəhətdən sağlam olmayan insan dayanır.

Böyük Britaniya Büdpərəst Polislər Assosiasiyasının üzvləri politeizmin ( iki və daha çox tanrıya inancın əsasında qurulmuş dünyagörüşü – red.) tərəfdarlarıdır. Onlar 2009-cu ildən okkultizm əlamətləri olan cinayətləri araşdırırlar./oxu.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti