Xəzər Xəbər

Zaqatalada 4 bal gücündə zəlzələ oldu

Hadisə | 14:55 • 1 Dekabr 2019
Zaqatalada 4 bal gücündə zəlzələ oldu

Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Xəbər lenti