Xəzər Xəbər

İmişlidə ov zamanı GÜLLƏLƏNMƏ

Hadisə | 11:27 • 1 Dekabr 2019
İmişlidə ov zamanı

İmişli sakini ov zamanı güllə yarası alıb.

Hadisə günorta saatlarında Sarı Su gölünün İmişli ərazisində olan hissəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Mahmudov Hikmət Güloğlan oğlunun əlindəki İJ-58 markalı tüfəngdən atılan güllə həmyerlisi,1984-cü il təvəllüdlü Yaqubov Samir Yusif oğlunun bud nahiyəsinə dəyib. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilərək Reanimasiya Şöbəsinə yerləşdirilib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Xəbər lenti