Xəzər Xəbər

Bakıda təmir sexində minik avtomobili yanıb

Hadisə | 12:05 • 30 Noyabr 2019
Bakıda təmir sexində minik avtomobili yanıb

Bakıda "Mercedes" markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti