Xəzər Xəbər

Ötən gün baş verən qəzalarda 7 nəfər ölüb

Hadisə | 11:44 • 30 Noyabr 2019
Ötən gün baş verən qəzalarda 7 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 29 cinayətin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Xəbər lenti