Xəzər Xəbər

Qaradağ rayonunda üçotaqlı ev yanıb

Hadisə | 13:34 • 29 Noyabr 2019
Qaradağ rayonunda üçotaqlı ev yanıb

Qaradağ rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli üçotaqlı ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti