Xəzər Xəbər

Buzovnada qəza törədib hadisə yerindən qaçan sürücü tutulub

Hadisə | 11:11 • 29 Noyabr 2019
Buzovnada qəza törədib hadisə yerindən qaçan sürücü tutulub

Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan xezerxeber.az-a daxil olan birgə məlumatda deyilir ki, noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində Maştağa-Buzovna şosesində paytaxt sakini 1991-ci il təvəllüdlü Məmmədov Malik Yaqub oğlunun idarə etdiyi "Opel” markalı, 99-UT-412 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Fazil Nəriman oğlunu vurması nəticəsində aldığı xəsarətlərdən sonuncunun vəfat etməsi, Malik Məmmədovun isə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.


Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin M.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar