Xəzər Xəbər

“Ovçu” dükanında silahlı insident – satıcı keçmiş məhkumu güllədi

Hadisə | 16:12 • 28 Noyabr 2019
“Ovçu” dükanında silahlı insident

Şamaxı şəhərnda silahlı insident baş verib.

XəzərXəbər xəbər verir ki, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki "Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə törədilərkən istifadə edilmiş "Oskar” markalı ov tüfəngi ondan götürülüb.

Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti