Xəzər Xəbər

Mağazada satıcı müştərisini güllələdi Şamaxıda olay

Hadisə | 15:39 • 28 Noyabr 2019
Mağazada satıcı müştərisini güllələdi

Şamaxı şəhərində silahlı insident olub.

XəzərXəbər xəbər verir ki, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki "Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı rayon polis şöbəsinə məlumat daxil olub.

V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə törədilərkən istifadə edilmiş "Oskar” markalı ov tüfəngi ondan götürülüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti