Xəzər Xəbər

Borcu olan 22 nəfər saxlanılıb

Hadisə | 12:20 • 27 Noyabr 2019
Borcu olan 22 nəfər saxlanılıb

Ötən gün törədilmiş 21 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Xəbər lenti