Xəzər Xəbər

Xırdalanda ağır qəza: Maşının təkərləri yerindən çıxdı

Hadisə | 13:57 • 27 Noyabr 2019
Xırdalanda ağır qəza:

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən 10 SR 041 dövlət qeydiyyat nişanlı, "KİA Optima” markalı avtomobilin sürücüsü idarəetmə itirərək qəza törədib.

Zərbə nəticəsində avtomobil ön və arxa təkərləri yerindən çıxıb, avtomobil tamamilə yararsız hala düşüb.

Qəza nəticəsində ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Xəbər lenti