Xəzər Xəbər

Azərbaycanda inanılmaz yol qəzası "Mercedes" hasarı dağıdıb həyətə girdi

Hadisə | 18:35 • 26 Noyabr 2019
Azərbaycanda inanılmaz yol qəzası

Salyan rayonunda avtomoil hasarı dağıdıb.

XəzərXəbər xəbər verir ki, hadisə rayon xəstəxanasının yaxınlığındakı küçədə baş verib. "Mercedes" markalı avtomobilin sürücüsü qarşıdan gələn digər maşınla toqquşmamaq üçün manevr etmək istəyib. Bu zaman avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Evin hasarını dağıdan minik avtomobili həyətə daxil olub. Xoşbəxtlikdən xəsarət alan olmasa da, maşına və hasara ciddi ziyan dəyib.

Araşdırma aparılır.

Xəbər lenti