Xəzər Xəbər

Gəncədə orta məktəbdə FACİƏ 6 yaşlı qız öldü

Hadisə | 16:41 • 26 Noyabr 2019
Gəncədə orta məktəbdə FACİƏ

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

Hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb. Məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

İlkin ehtimallara görə, 6 yaşlı qız xəstəlikdən ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti