Xəzər Xəbər

33 yaşlı kişi evinin yaxınlığında döyüldü

Hadisə | 10:46 • 22 Noyabr 2019
33 yaşlı kişi evinin yaxınlığında döyüldü

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə Qaradağ rayonunun Qobu 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, Həbibov Emin İmran oğlu naməlum şəxs tərəfindən evlərinin yaxınlığındakı "Elmar” marketdə döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Ona kəllə-beyin travması, başın və bədənin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Xəbər lenti