Xəzər Xəbər

Zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı AÇIQLAMA

Hadisə | 09:50 • 22 Noyabr 2019
Zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.

Səhiyyə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Onların müalicələri stasionar şəraitdə davam etdirilir.

Qızların zəhərlənmə səbəbləri hələlik dəqiq müəyyən edilməyib.

Xatırladaq ki, hadisə zamanı bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti