Xəzər Xəbər

Zaqatalanın 2 kəndində yanğın oldu

Hadisə | 14:54 • 17 Noyabr 2019
Zaqatalanın 2 kəndində yanğın oldu

Bu gün Zaqatala rayonunun Car kəndində ümumi sahəsi 44 m² olan köməkçi tikilinin tavanı 6 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XəzərXəbər xəbər verir ki, oxşar hadisə Zaqatala rayonunun Əliabad kəndində də baş verib. Ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti