Xəzər Xəbər

“Ceyran peçi” can aldı

Hadisə | 17:41 • 14 Noyabr 2019
“Ceyran peçi” can aldı

Quba sakini evində dəm qazından zəhərlənərək ölüb.

XəzərXəbər xəbər verir ki, rayon sakini Cəbrayılov Mirzəbaba Əbilfəz oğlu noyabrın 12-si,saat 03:00 radələrində evində kustar üsulla quraşdırılmış təbii qazla işləyən "ceyran peçi”kimi tanınan sobanın boru hissəsindən evə sızan dəm qazından zəhərlənib.

Mərhumun meyiti oğlu tərəfindən aşkarlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti