Xəzər Xəbər

Sumqayıtda həyəcanlı anlar Özünü binanın pəncərəsindən atmaq istədi

Hadisə | 09:43 • 8 Noyabr 2019
Sumqayıtda həyəcanlı anlar

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti