Xəzər Xəbər

Hökməlidə marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR

Hadisə | 14:05 • 4 Noyabr 2019
Hökməlidə marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi "İsuzu” markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti