Xəzər Xəbər

Azərbaycanda qonşular arasındakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Hadisə | 12:18 • 4 Noyabr 2019
Azərbaycanda qonşular arasındakı

Ağdam rayonunda qonşunun qonşusunu amansızlıqla qətlə yetirməsi hadisəsinin təfərrüatları məlum olub.

Rayonun Xındırıstan kənd sakini 1956-cı il təvəllüdlü Hətəmov Əli Ələsgər oğlu yaxın qonşu olan Nəsibov Ümid Qulu oğlu ilə yol üstündə dalaşıb.

Belə ki, Ü.Nəsibov qonşusundan onların çəpərinin kənarı ilə tövlənin tullantılarının aparmağa icazə istəyib və qonşular razılığa gəlib. Lakin dünən saat 18 radələrində Ə.Hətəmov qonşusunun yolu tullantı daşımaq üçün deyil, araba yolu kimi istifadə etdiyini və mal-qaranı da bu yolla apardığını görərək əsəbləşib. 63 yaşlı kişi qonşusuna mal-qaranın onun çəpərinin kənarını batırdığını deyib və onunla dalaşıb. Ü.Nəsibov isə mal-qaranın yola tökdüyü peyini təmizləyəcəyini desə də, Ə.Hətəmov razılaşmayıb və ona buradan hərəkət etməyə icazə verməyəcəyini deyib. O, arabanın qarşısına uzanaraq Ümidə araba ilə hərəkətə və qoşquya bağlanmış iribuynuzlu heyvanları aparmağa icazə verməyəcəyini deyib. Ü.Nəsibov da öz növbəsində hərəkətə davam edib və arabanı onun üzərinə sürüb. Bu zaman həm təkər, həm də iribuynuzlu heyvanların ayaqları altında qalan 63 yaşlı kişi ağır xəsarət alıb. O gecə saat 01 radələrində xəstəxanada keçinib.

Bildirilir ki, xeyli vaxt əvvəl həyat yoldaşını itirən Ə.Hətəmov 3 övladını evləndirdikdən sonra tək yaşayırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti