Xəzər Xəbər

Hacıqabulda "KamAz" "VAZ- 21015"-ə çırpıldı: xəsarət alanlar var

Hadisə | 10:40 • 4 Noyabr 2019
Hacıqabulda "KamAz" "VAZ- 21015"-ə çırpıldı:

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAz" markalı yük avtomobili "VAZ- 21015" markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti