Xəzər Xəbər

Səhər saatlarında Bakı metrosunda HƏYƏCAN Qapılar bağlanmadı

Hadisə | 10:55 • 4 Noyabr 2019
Səhər saatlarında Bakı metrosunda HƏYƏCAN

Bakıda metroda problem yaranıb.

XəzərXəbər xəbər verir ki, bu barədə sərnişinlər siosial şəbəkədə məlumat verib.

Məlumata görə "Həzi Aslanov"-"İçəri şəhər" xətti üzrə hərəkət edən qatarda yaranan problem səbəbindən intervalda gecikmələr olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar MəmmədovPublika.az-a bildirib ki, hadisə "Həzi Aslanov"-"İçəri şəhər" xətti üzrə hərəkət edən qatarda baş verib: "Vaqonun qapısında qəfil problem yaranıb. Maşinişt problemi aradan qaldırıb və hərəkət davam edib. Nəticədə qatarların ümumi intervalında 5 dəqiqə gecikmə yaranıb".

Xəbər lenti