Xəzər Xəbər

Bakıda restoran yanıb

Hadisə | 09:03 • 3 Noyabr 2019
Bakıda restoran yanıb

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.


Bildirilir ki, yanğın zamanı ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 150 m² sahədə əşyalar yanıb. Tikili yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti