Xəzər Xəbər

Bakıda dəhşətli olay: 31 yaşlı qadın öldü

Hadisə | 10:35 • 22 Oktyabr 2019
Bakıda dəhşətli olay:

Bakıda 31 yaşlı qadının ölümü ilə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, Xəzər rayonu ərazisində - Beton yol kimi tanınan Zığ şosesində "Nissan Sunny" markalı avtomobil yolu keçməyə çalışan 31 yaşlı qadını vurub. Zərbənin gücündən xeyli kənara düşən gənc qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti