Xəzər Xəbər

Şəkidə 16 yaşında hamilə qalan qızla bağlı TƏFƏRRÜAT

Hadisə | 16:02 • 18 Oktyabr 2019
Şəkidə 16 yaşında hamilə qalan qızla bağlı
Şəkidə yetkinlik yaşına çatmadan hamilə qalan qızla bağlı təfərrüat məlum olub.

XəzərXəbər "oxu.az”a istinadən xəbər verir ki, Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Q.N. gətirilib.

Suçma kənd icra nümayəndəliyindən verilən məlumata görə, qız erkən yaşda ərə gedib.

Belə ki, Göygöl rayon sakini Q.N. Suçma kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət oğlu ilə rəsmi nikah olmadan birlikdə yaşayıblar.

Q.N. səhhətindəki problemlərlə bağlı həkimə müraciət edib. Nəticədə, onun hamilə olduğu məlum olub.

Xəbər lenti