Nardaran sakinində qanunsuz silah aşkarlanıb.
Xezerxeber.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan E.Əliyevin həyətindəki qarajdan müvafiq sənədləri olmayan "İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülub.
Faktla bağlı araşdırma aparılır.