Xəzər Xəbər

Sumqayıtda ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub

Hadisə | 13:14 • 15 Oktyabr 2019
Sumqayıtda ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub

Sumqayıtda ölümlə nəticələnən qəzaya səbəb olan sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də şəhər sakini Ramin Hüseynovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mitsubishi” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini S.Dadaşov tutulub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti