Xəzər Xəbər

Dayının bacısı qızının sevgilisinə qarşı bu addımı HAMINI ŞOKA SALACAQ: əsgər kimi yanına getdi və...

Hadisə | 21:37 • 12 Oktyabr 2019
Dayının bacısı qızının sevgilisinə qarşı bu addımı HAMINI ŞOKA SALACAQ:

Xızı rayonunda bacısı qızının sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuş 1986-cı il təvəllüdlü Camal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Camal Hüseynov 2018-ci ilin birinci yarımilliyi dövründə bacısı qızı Səidə Babayevanın (ad və soyad şərti verilib – red.) Azərbaycan Pedoqoji Universitetində təhsil alarkən tələbə yoldaşı Ceyhun İsgəndərov ilə aralarında münasibətlərinin olmasını sorğu-sual edib.

Bacısı qızını sorğu-sual etdi

Səidə Babayeva dayısına tələbə yoldaşı ilə sevgi münasibətinin olmasını deyib, həmin oğlanın hərbi xidmətdə olduğunu söyləyib.

Bunu öyrənən Camal Hüseynov bu münasibətlərin bacısı qızının adına xələl gətirəcəyini hesab edib. Camal Hüseynov Ceyhun İsgəndərovdan qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə Camal Hüseynov 8 sentyabr 2018-ci il tarixdə, saat 12 radələrində Ceyhun İsgəndərovun əsgər kimi müddətli hərbi xidmət keçdiyi Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin "N” saylı hərbi hissənin buraxılış məntəqəsinə gəlib.

Əsgərlə görüşə gəldi

Orada məntəqə növbətçisinə Ceyhun İsgəndərovun qrup yoldaşının qohumu kimi özünü təqdim edib. O, Ceyhun İsgəndərov ilə görüşüb, ona pul vermək istədiyini bildirib.

Təxminən saat 14.40-da Ceyhun İsgəndərov onunla görüşə gəlib. Camal Hüseynov onu buraxılış məntəqəsinin yaxınlığında yerləşən təpənin arxa tərəfinə dəvət edib. Ceyhun İsgəndərov da onun istəyi ilə təpənin arxa tərəfinəm keçib.

Təpə arxasında qanlı dava

Orada Camal Hüseynov guya Səidə Babayeva ilə qardaşı oğlunu evləndirmək niyyətinin olduğunu, bu səbəbdən həmin qız barəsində nə düşündüyünü soruşub.

Bu zaman Səidə Babayevanı Ceyhun İsgəndərovun müsbət xarakterizə etmədiyindən qəzəblənib. O, niyyətini həyata keçirmək məqsədilə sonuncunun kitelinin boyun hissəsindən sol əli ilə tutub, sonra özündə olan bıçaqla Ceyhun İsgəndərovun döş nahiyəsinə 4 zərbə vurub.

Yaralı vəziyyətdə hərbi hissəyə qaçdı

Bu vaxt Ceyhun İsgəndərov yaralı halda hərbi hissəyə doğru qaçıb. Hərbi qulluqçular tərəfindən vaxtında xəstəxanaya çatdırılıb. Vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün onun həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Camal Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.

10 il 6 ay cəza verildi, sonra cəzadan 3 il çıxıldı

Məhkəmənin hökmü ilə Camal Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Camal Hüseynov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini xahiş edib.

Camal Hüseynovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Camal Hüseynovun şikayəti qismən təmin edilib və onun cəzası 7 il 11 aya endirilib.

Xəbər lenti