Xəzər Xəbər

Bakıda yolu keçən 45 yaşlı qadını maşın vurub öldürdü Sürücü qaçdı

Hadisə | 10:13 • 12 Oktyabr 2019
Bakıda yolu keçən 45 yaşlı qadını maşın vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Salyan şossesi 32-də baş verib.

Yolu keçən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılova Aida Rüstəm qızı naməlum avtomobil tərəfindən vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs ərazidən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti