Xəzər Xəbər

Bakıda yeraltı tuneldə QORXUNC HADİSƏ Yük maşını belə aşdı

Hadisə | 10:59 • 10 Oktyabr 2019
Bakıda yeraltı tuneldə QORXUNC HADİSƏ

Bakı şəhər Nərimanov rayonu ərazisində avtomobil aşıb.

Atatürk prospekti ilə F.X.Xoyski küçəsini birləşdirən tuneldə sürət həddini aşan "Hyundai h100" markalı kiçiktutumlu yük maşını divara çırpılıb. Sürücünün idarəetməsindən çıxan avtomobil aşaraq yolun hərəkət hissəsində qalıb.

Qeyd edək ki, sərt döngə formasında inşa edilmiş tuneldə hərəkət sürətini qorumaq çox vacibdir və əks halda bu tipli hadisələr qaçılmaz ola bilər.

Hadisə yerindən çəkilmiş görüntünü təqdim edirik.


publika.az

Xəbər lenti