Xəzər Xəbər

DİN-dən əməliyyat: 46 nəfər saxlanıldı

Hadisə | 12:06 • 9 Oktyabr 2019
DİN-dən əməliyyat: 46 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

XəzərXəbər xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilən 30 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


Xəbər lenti