Xəzər Xəbər

Xəzər dənizində 4 balıqçı itkin düşüb, axtarışlara helikopter cəlb edilib

Hadisə | 16:54 • 8 Oktyabr 2019
Xəzər dənizində 4 balıqçı itkin düşüb, axtarışlara helikopter cəlb edilib

Xəzərin Azərbaycan sektorunda 4 balıqçı itkin düşüb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.


Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.


Əlavə məlumat veriləcək.

Xəbər lenti