Xəzər Xəbər

Yeni doğulan uşaq öldü Cinayət işi açıldı

Hadisə | 09:28 • 8 Oktyabr 2019
Yeni doğulan uşaq öldü

Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb. (trend)

Xəbər lenti