Xəzər Xəbər

Ofeliya Sənaninin səhhəti ilə bağlı SON DURUM

Hadisə | 11:53 • 7 Oktyabr 2019
Ofeliya Sənaninin səhhəti ilə bağlı SON DURUM

Xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb.

O, hazırda Respublika Diaqnostika Mərkəzində müalicəsini davam etdirir.

Mərkəzdən bildirilib ki, O.Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub: "İnvaziv kardioloq Şahin Xəlilov tərəfindən Ofeliya Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib.

Hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır".

Xəbər lenti